İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər. Məlumata görə, əcnəbi silahlıların "hərbi xidmətinə” nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.