2015-ci ildə 50-dən çox qitələrarası ballistik raket Rusiya Silahlı Qüvvələrinin arsenalına veriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirib.
"2015-ci ildə strateji nüvə silahı qüvvələrinin tərkibinə 50-dən çox qitələrarası ballistik raket veriləcək. Bunun necə böyük güc olduğunu təsəvvür edirsiz?"- deyə Rusiya dövlət başçısı bildirib.