Dünən Rusiya prezidenti Vladimir Putinə mətbuat konfransında boşandıqdan sonra həyatında birilərinin olub-olmadığı barədə sual verilib. Baki-xeber.com xəbər verir ki, bir qadın jurnalist, «Hər kəs üçün maraqlıdır. Xalamın dostları soruşur, hazırda həyatınızda kimsə varmı» - deyə sual ünvanlayıb.
Putin isə, «Xalanızın dostlarına salamlarımı söyləyin» deyərək sualı belə cavablandırıb: «Avropadakı dostlarımdan biri bir müddət əvvəl mənə «Həyatında eşq varmı» deyə sual vermişdi. «Nə mənada» deyə soruşdum. «Yəni birini sevirsənmi» dedi. «Bəli» dedim. «Səni sevən varmı» deyə soruşdu. Bəli dedim. Hər halda o mənim tamamilə zalımlaşdığımı düşünürdü! «Çox şükür» dedi.
Yəni narahat olmayın hər şey normaldır. Lyudmila Aleksandrovna (boşandığı həyat yoldaşı) ilə də çox yaxşı, dostluq əlaqəm var. Onunla müntəzəm olaraq görüşürük.
Uşaqlardan heç danışmıram belə, onlarla onsuz da görüşürük. İstədiyimiz qədər tez-tez olmasa da görüşürük. Amma hər şey yolundadır».