Ermənistanda milli pul vahidi dramın dəyərsizləşməsi və bahalaşmaya qarşı etiraz aksiyaları başlayıb. APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün onlarla insan paytaxtda hökumət binasının qarşısına toplaşıb. Narazı insanlar 6 tələb irəli sürərək hökumətin ayın 23-nə qədər bu tələbləri yerinə yetirməsini istəyiblər və əks halda, oliqarxların super marketlərindən alış-veriş etməyəcəklərini bildiriblər.