Qışın gəlişi və soyuqların düşməsi Ukraynanın şərqində - separatçıların idarə etdiyi Donesk və Luqans vilayətində humanitar böhranın yaranma təhlükəsini artırıb.
Beynəlxalq Böhran Qrupunun Brüseldə cümə axşamı yayılmış hesabatında yarana biləcək təhlükədən danışılır. Hesabat qeyd olunur ki, Rusiyadan böyük maliyyə, humanitar, hərbi yardım almasa separatistlər üçün qışı keçirmək çox çətin olacaq.