Associated Press agentliyi və NORC tədqiqat mərkəzinin Rusiyada keçirdikləri rəy sorğusuna əsasən prezident Vladimir Putini rusiyalıların 81 faizi dəstəkləyir.
Təhlilçilərin qeyd etdiyinə görə, 2012-ci ildə ölkədə Putini dərstəkləyənlər 58 faiz təşkil edib.
Sorğuda iştirak edənlərin əksəriyyət təşkil edən üçdə ikisi əmindir ki, beynəlxalq təzyiqə və iqtisadi çətinliklərə baxmayaraq, Rusiya düzgün istiqamətdə irəliləməkdədir.