Fransanın Ermənistan və 1915-ci il hadisələri ilə bağlı mövqeyi dəyişməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Fransanın Türkiyədəki səfiri Loren Billi deyib. Onun sözlərinə görə, Ankara Paris-Yerevan əlaqələrini bilir: "Fransanın Ermənistana münasibətdə mövqeyinin dəyişməsi gözlənilmir".
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.