Ankarada ABŞ-ın Türkiyədəki səfirliyinin binası yanında İran vətəndaşı saxlanılıb. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Milliyet" qəzeti yazıb.
19 yaşlı iranlı Məhəmməd.A öz çantasını səfirliyin qapısına tullayıb ki, bu da yoldan keçənlərdə narahatlıq və təşviş doğurub.
İran vətəndaşı səfirliyin mühafizə xidməti tərəfindən saxlanılıb və Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil verilib. Onun diplomatik missiyanın qapısına tulladığı çanta boş olub.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, saxlanılan tələbə Türkiyənin ali məktəblərindən birində təhsil alır.