Rusiya istahlakçıları rublun dəyərdən düşməsilə hazırda əlverişli qiymətlərdən istifadə edib bahalı avtomobil, məişət və elektron texnologiya cihazları alır.
İsveçin ev avadanlığı pərakəndə satış şirkəti IKEA-nın cümə axşamı qiymətləri artıracağını elan etməsindən sonra alıcılardan ibarət böyük insan kütləsi mağazaya üz tutub. Bəzi mağazalar rekord satışlar barədə xəbər versə də, başqaları rulun dəyərinin daha da düşməsindən ehtiyat edərək, satışları dayandırıb. ABŞ-ın nəhəng texnlogiya şirkəti olan Apple Rusiyada onlayn satışlarını saxlayıb.