Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın bloklara qoşulmayan ölkə statusunda imtina etməsi haqqında qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib. APA-nın "Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu Polşa parlamentində çıxışında açıqlayıb.
"Avropada sabitliyin və siyasi tarazlığın dağıldığı bir dövrdə biz təhlükəsizliyimizin birgə təminatı üçün yeni vasitələr axtarmalıyıq”, - deyə Ukraynanın dövlət başçısı söyləyib. Bu məqsədlə o, Ali Radaya qanun layihəsi təqdim edəcəyini bəyan edib: "Ukraynaya qayıdan kimi, bloklara qoşulmayan ölkə statusundan imtinanı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyəm”.