Çeçenistan prezidenti Ramzan Kadırov deyib ki, o, Rusiya prezidenti Putindən xahiş etmək istəyir ki, ona istefa verməyə icazə versin və o, Şərqi Ukraynaya döyüşməyə gedə bilsin. Kadırov deyib ki, o, gedib, orda "şərəf və ləyaqəti olmayan iblisləri məhv etmək istəyir”.
Kadırov bunu dekabrın 16-da NTV televiziyasına deyib.
Putinin sözçüsü Peskov dekabrın 17-də deyib ki, Kadırovdan istefa müraciəti gəlməyib.
Dekbarın 4-də Qroznıda 14 polisin ölümünə gətirən hücuma görə Kadırov bu hücumu dəstəkləyən bəzi Ukrayna siyasətçilərinə qəzəblənmişdi.