Avropa məhkəməsi HƏMAS Fələstin qruplaşmasının terrorçu təşkilatlar siyahısına daxil edilməsi qərarını ləğv edib. Qərar məhkəmənin vebsaytında dərc olunub. Məhkəmə qərarında qeyd edib ki, HƏMAS terrorçu təşkilatlar siyahısına gercək əməllərinə görə yox, "mətbuat və internetdən qaynaqlanan ittihamlar əsasında daxil edilmişdi".
Eyni zamanada Avropa Məhkəməsi HƏMAS-ın siyahıdan çıxarılması ilə bağlı tədbirlərin müvəqqəti əsasda görüləcəyini də qeyd edib ki, gələcəkdə vəziyyət tələb edəcəyi halda fondların dondurulmasını səmərəli sürətdə təmin etmək mümkün olsun.