Ankara İrana qarşı sanksiyaları dəstəkləmir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tehranda İran XİN-in rəhbəri Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend çərşənbə günü Türkiyənin "TRT Haber” telekanalına istinadən xəbər verib.
Onun sözlərinə görə, Ankara Tehranı daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Qeyd edək ki, ABŞ və Aİ İranın neft ixracı və bank sisteminə qarşı sanksiyalar tətbiq edib ki, nəticədə bu ölkə bu sahələrdə müvafiq problemlərlə üzləşib.