Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ukraynanın iqtisadiyyatına mənfi təsir edəcək. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib.
"Rusiyada avronun məzənnəsinin 100 rubla çatması ilə baş verən maliyyə fəlakəti Ukrayna iqtisadiyyatına da təsir edəcək. Rusiya həmişəki kimi, bizə problem yaradır”, - deyə Yatsenyuk bildirib.