Moskva birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun fikrincə, Ukraynanın cənub-şərqində "ikinci Krım" olmayacaq: "Belə ki, Krım özü-özlüyündə unikaldır, bu Rusiya torpağıdır".
Sergey Lavrov Rusiya prezidentinin Pyotr Poroşenkonu Ukraynanın cənub-şərqinə tətbiq etdiyi maliyyə, iqtisadi və sosial izolyasiya qərarına yenidən baxmağa çağırdığını söyləyib: "Bu siqnalı Rusiya prezidenti Vladimir Putin axırıncı telefon danışığı zamanı Poroşenkoya göndərib. Biz inanırıq ki, o, ölkə əhalisinin böyük hissəini narahat edən məsələlərin həllində maraqlı olmalıdır".