İŞİD terror qruplaşmasının silahlıları 150 iraqlı qadını intim münasibətdən imtina etdiyinə görə qətlə yetirib. APA-nın "Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraqın İnsan Haqları üzrə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, qətlə yetirilmiş qadınların meyitləri şəhər ətrafında ümumi məzarda basdırılıb.