Dekabrın 16-da Pakistanın Peşəvər əyalətində silahlı Talibançılar hərbi məktəbə basqın ediblər. Baki-xeber.com xəbər verir ki, basqında 84-ü uşaq olmaqla azı 104 nəfər öldürülüb. Həlak olan uşaqlar 9-14 yaşlı məktəblilərdir.
Ən azı 100 nəfərin yaralandığı bildirilir. Hücum zamanı məktəbdə 500-dək uşaq və müəllimin olduğu bildirilir.
Onlarla yaralı var. Talibanın Pakistan bölməsi hücuma görə məsuliyyəti öz boynuna götürüb.
"Frans Press" agentliyi "Taliban" hərəkatının nümayəndəsinə istinadən xəbər verir: "Onların arasında muzdlu qatillər və intiharçılar var. Onlara uşaqlara yox, yuxarı yaşda olan şagirdlərə atəş açmaq əmri verilib".