Pakistanda hərbi məktəbin yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində ümumilikdə 104 şagird və müəllim ölüb, onlardan 84-ü uşaqdır. Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Ən azı 100 nəfərin yaralandığı bildirilir.
Frans Press agentliyi "Taliban” hərəkatının nümayəndəsinə istinadən xəbər verir: "Onların arasında muzdlu qatillər və intiharçılar var. Onlara uşaqlara yox, yuxarı yaşdan olan şagirdlərə atəş açmaq əmri verilib".
Polis nümayəndəsi Cavid Xan bildirib ki, hərbçilər artıq yaraqlılarla atışmağa başlayıblar.