"İslam Dövləti” ("İŞİD”) uşaqları öz sıralarına cəlb edərək onları təlim düşərgələrinə göndərir. APA-nın "ABC News”a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini Valeri Amos Təhlükəsizlik Şurasının iclasında deyib.
Toplantıda qruplaşmanın sıralarına cəlb olunan uşaqların sayında artım olduğu bildirilib. V. Amos Suriyanın Rakka şəhərindəki "İŞİD” düşərgəsində 350 uşağın təlim keçdiyini söyləyib. Bu uşaqlardan ən kiçiyi 5 yaşındadır.