Ağır silahlanmış polis Sidneydə kafeyə hücum edib və əslən iranlı olduğu müəyyələşmiş silahlının əsir saxladığı insanları azad edib. Silahlının taleyi məlum deyil, amma bir neçə adamın yaralandığı bildirilir.
Sidneyin mərkəzindəki kafedə bazar ertəsi səhərin erkən saatlarından işçilər və müştərilər silahlı şəxs tərəfindən girov saxlınırdı. Girovlar qara İslam bayrağını pəncərənin qarşısında tutmağa məcbur edilirdi.
Avstraliya polisi Sidney kafesində müştərilərlə işçiləri girov götürmüş şəxsin bir sıra qanun pozuntularında ittiham edilən İran əsilli qaçqın olduğunu bildirib. Zaminə buraxılmış Man Harun Monis Avstraliyada siyasi sığınacaq alıb. Onun vəkili müştərisinin təkbaşına hərəkət etdiyini bildirib.
Bazar ertəsi şəhərin mərkəzindəki kafedə müştərilərlə işçiləri girov götürmüş silahlı ilə yerli vaxtla gecəyarıyadək aparılan danışıqlar davam edib. "Lindt” kafesi polis tərəfindən mühasirəyə alınıb.
Baş nazir Tony Abbott hücumu sarsıdıcı adlandırıb: "Günahsız adamların siyasi motivlərə malik silahlı şəxs tərəfindən girov saxlanılması olduqca sarsıdıcıdır".
"Lindt” kafesinin nümayəndəsi insidentin baş verdiyi zaman binada 10 işçisinin və 30 müştərinin olduğunu bildirib.
Avstraliya sentyabr ayında terror təhlükəsi səviyyəsini ortadan yüksəyə qaldırıb.