Rusiya rublu antirekord vurmaqda davam edir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, axşam saatlarında Moskva birjasında xarici valyuta bahalaşıb. 1 ABŞ dolları 4,85 rubl bahalaşaraq 63,03 rubla bərabər olub. 1 avro isə axşam saatlarında 78,48 rubla satılıb.