"Fələstin dövlətinin regionda radikal qruplaşmaların cahil düşüncələri ilə mübarizə aparmaqda və bunu pisləməkdə aydın mövqeyi var”. Bunu APA-ya açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.
O bildirib ki, radikal qruplaşmalar dəhşətli hərəkətlər törətməklə yer üzərində olan xalqları qardaşlığa, sülhə, sevgiyə dəvət edən dinin prinsiplərinə zidd olan yalnış və təhrif olunmuş formalardan istifadə edir: "Bu radikal qruplaşmaların fikirləri ilə mübarizə aparmaq üçün ən yaxşı silah paytaxtı Şərqi Qüds olmaqla İsraillə yan-yana əmin-aman və sülh içərisində yaşamaqla suveren Fələstin dövlətinin yaranması prinsipi əsasında sülhə nail olmaqdır. İdeologiya və fikir vasitəsilə bu qruplaşmalarla mübarizə onlara qarşı hərbi hərəkət etməkdən daha mühümdür. Belə ki, bununla ekstremistlər Fələstin problemi kimi ən mühüm, həssas və səfərbər edilmiş problemi itirmiş olacaqlar, bununla da onlar üçün həssas və ideoloji bataqlıq quruyacaq”.