Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu məşhur aktrisa və maqazin ulduzu Hülya Afşarı sərt tənqid edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri K. Kılıçdaroğlu H. Afşarın onu məhkəməyə verməsi barədə jurnalistlərin sualını cavablandırıb.
K. Kılıçdaroğlu "Hülya Afşar kimdir ki? Onun sənətçi olub-olmadığı mübahisəlidir. Yaltaqdan sənətçi olmaz. Sənətçi əsən rüzgara görə əyilməməlidir və duk durmalıdır”, - deyə söyləyib.