Türkiyə polisi dekabrın 14-də müxalifətdə olan bir neçə qəzetin redaksiyasında reyd və həbslər keçirib. Azı 27 nəfərin həbs edildiyi xəbər verilir.
ABŞ-da fəaliyyət göstərən dini xadim Fətullah Gülenə yaxın olan Zaman Qəzeti və Samanyolu televiziya kanalının rəhbərləri də həbs olunanlar arasındadır.
Əvvəllər indiki prezident Recep Tayyip Erdoganın yaxın müttəfiqi olan Fətullah Gulen indi onun əsas rəqibi hesab olunur.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini və genişlənmə komissarı Johannes Hahn bu həbslərin Avropa dəyərlərinə zidd olduğunu bəyan ediblər.
Həmçinin ABŞ Dövlət Departamenti Türkiyə hakimiyyətini bu reydlərin mətbuat azadlığı və digər demokratik dəyərlərə zidd olmadına təminat verməyə çağırıb.