Rusiya Müdafiə Nazirliyi havadakı qırıcalarından birinin az qala sərnişin təyyarəsi ili toqquşması haqda iddiaları təkzib edir. Nazirliyin sözçüsü Igor Konashenkov dekabrın 14-də bildirib ki, dekabrın 12-də Baltik dənizi üzərində doğrudan da rus hərbi təyyarəsi olub, amma sözügedən Skandinaviya Hava Yollarının (SAS) sərnişin təyyarəsinə 70 kilometrdən çox yaxınlaşmayıb.
SAS-ın sözçüsü Knut Morten Johansen də verdiyi açıqlamada iki təyyarə arasında təhlükəsizlik məsafəsinin qorunduğunu təsdiqləyib və əlavə edib ki, baş verən insidentin miqyasları çox şişirdilib.