Çeçenistanda öndə gedən insan haqları qrupunun ofisi atəşə tutulub. Hadisə bəzi fəalların ölkə rəhbəri Ramzan Kadırovu tənqid etməsindən sonra olub. Hüquq müdafiəçiləri Qroznıda son atışmada günahlandırılan silahlıların yaxınlarının kollektiv şəkildə cəzalandırılması çağırışına qarşı çıxırdılar.
Müştərək Səyyar Qrupun rəhbəri Igor Kalyapin öz facebook hesabında yazır ki, təşkilatın ofisi dekabrın 13-də atəşə tutulub. Ancaq hücumda heç kim zərər görməyib.