Yəmən sərhədçiləri qadın paltarı geymiş "Əl-Qaidə" terror təşkilatının bir neçə yaraqlısını məhv edilib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Yəmən təhlükəsizlik xidmətindəki mənbəyə istinadən Assoşieyted Press agentliyi bildirib ki, əsgərlər ölkənin şimalında yaraqlılarla olan avtomobili saxlayıblar. İlkin məlumatlara görə, yaraqlılardan biri avtomobilə daxil olmağa çalışan, əsgərə atəş açaraq yaralayıb.
Yaraqlıların dəqiq sayı məlum deyil, agentlik qeyd edir. Mənbələrdən birinin məlumatına görə, onlar üç nəfər olub, digər mənbə isə beş yaraqlının məhv olunması barədə bildirib.