Türkiyədə Çanaqqalanın Bayramiç mahalına bağlı Kaykılar kəndinin 24 yaşlı imamı Tahsin Baykaranın məzuniyyətə çıxdıqdan sonra Suriyaya getməsi barədə yayılmış xəbər 5 ay sonra Türkiyə baş nazirinin müavini Bülənt Arınc tərəfindən təsdiqlənib.
Onun sözlərinə görə, axund fəaliyyət göstərdiyi məsciddə insanları üstüörtülü şəkildə İŞİD-ə qoşulmağa dəvət edirmiş. əməliyyat nəticəsində o, aşkarlanaraq işindən uzaqlaşdırılıb.
"Təəssüflər olsun ki, Çanaqqalada Bayramiç vilayətindəki məscidlədən birinin axundu İŞİD-çilərə qoşulduğu aşkarlanıb. O, öz vəzifəsindən azad edilib. Başqa vilayətlərimizdə İŞİD-ə qoşulan axundlarımızın nə qədər olduğu barədə heç bir məlumatım yoxdur. Lakin axundlarımızın ölkəni tərk edərək terrorçulara qoşulması xəbərləri bizi dərindən narahat edir", deyə Bülənt Arınc bildirib.