Qərb ölkələri növbəti bir neçə ay ərzində Suriyadan 100 minədək qaçqının qəbul olunacağını vəd ediblər, qaçqınların işi üzrə BMT agentliyi bildirib. Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bəyanatı üzv ölkələrin Cenevrədə keçən toplantısında səslənib.
Yüz min rəqəmi BMT və humanitar yardım üzrə agentliklərin gözləntilərindən xeyli aşağıdır. Sayı 3 milyona yaxın olan qaçqınların əksəriyyəti Livan, Türkiyə və İordaniyada məskunlaşıb. İndiyədək Qərb ölkələri 62 min Suriya qaçqınını qəbul edib.
Cenevrədə keçən konfransda "Oxfam" və "Save the Children" kimi humanitar təşkilatlar qərb ölkələrini qaçqınların ən acınacaqlı vəziyyətdə olan 5 faizini qəbul etməyə səsləyiblər ki, bu da 180 min təşkil edir.
BBC-nin Cenevrədəki müxbiri Imogen Foulkes Cenevrədə konkret olmayan öhdəliklərin səsləndiyini bildirir.
ABŞ, Britaniya və Körfəz ölkələri qaçqınların məskunlaşdığı qonşu ölkələrə dəstək göstərəcəklərini deyiblər.