Rusiyanın ən varlı kişisi olan Alişer Usmanov amerikalı alim James Watson-un Nobel Mükafatı qızıl medalını aldığını və medalı ona qaytarmaq niyyətində olduğunu bildirib.
Polad və telerabitə maqnatı olan cənab Usmanovun sözlərinə görə, cənab Watson medala "layiqdir" və o, "xəcalət çəkib" ki, alim medalı satmağa məcbur olub.
1962-ci ildə verilən nedal DNT strukturunun kəşf olunmasına görə verilmişdi və hərracda 4,4 milyon dollara (3,45 milyon AZN) satılmışdı.
Mükafatı cənab Watson, Maurice Wilkins və Francis Crick almışdılar və hərəsi bir qızıl medal almışdı.
86 yaşlı cənab Watson deyib ki, gəlirlərin bir hissəsini xeyriyyəçi təşkilatlara verəcək.
Cənab Usmanov bəyanatında deyib ki, ötən həftə Christie's hərracında medalı anonim alan o idi.
"Düşünürəm ki, görkəmli bir alimin öz nailiyyətlərini tanıyan medalı satmağa məcbur qalması qəbuledilməzdir", o əlavə edib.
"James Watson dünyanın ən görkəmli bioloqlarından biridir və DNT-ni kəşf etməsinə görə mükafar onunla qalmalıdır".