Fars körfəzi ölkələri Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gələrək, vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul ediblər. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, müvafiq müddəalar görüşün yekun sənədində əksini tapıb.
Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ daxildir.
"Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Şura ölkələri bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradır”, deyə Şuranın baş katibi Abdel Lətif əz Zəyyani yekun bəyanatı təqdim edərkən bildirib.