Rusiya taksı şirkəti öz sürücülərinin adını dəyişdirir. Səbəb kimi isə qeyri-slavyan adlar daşıyan şəxslərin diskriminasiyaya məruz qalması göstərilir. "Get Taxi” şirkətindən bildirilir ki, Asiya və Qafqaz mənşəli adlar daşıyan sürücülər sifariş proqramında müştərilər tərəfindən aşağı rəylərə layiq görülür.
Bu səbəbdən də şirkət, "sınaq” üçün sürücülərin icazəsilə onların kimliklərini ruslaşdırmaq qərarına gəlib, RB.ru biznes saytı xəbər verir.
"Biz adına görə bir taksi sürücüsünün digərindən daha aşağı qiymətləndirilməsini istəmirik,” şirkətin sahibi Shahar Waiser deyib. Cənab Waiser əlavə edib ki, bütün sürücülər eyni təlim və biliyə malikdirlər. O bildirir ki, məqsəd "millətçiliyi azaltmaq”dır. Lakin bu addımın əks nəticə verə biləcəyini də istisna etmir.
Sosial media istifadəçiləri isə bu hərəkəti geniş şəkildə tənqid edib. "Bu, məhz müştərinin haqsız olduğu bir haldır”, Moskva Dövlət Universitetinin etnoloqu Dmitri Oparin öz Facebook səhifəsində yazıb. "Əgər müştəri "ekzotik” ada malik sürücüdən imtina edirsə, ayaqla getsin.”
Lakin şirkət, bu ziddiyyətli qərarı ilə yalnız olmaya bilər. Tanınmış rusiyalı bloqqer Rustem Adaqamova görə, rəqib taksi şirkətinə məxsus telefon proqramı müştərilərə əlavə pul ödəmədən "slavyan sürücü” seçimi təklif edir.