Suriya ilə həmsərhəd Ceylanpinar şəhərində odlu silahdan açılmış atəş nəticəsində Türkiyə ordusunun 3 əsgəri öldürülüb. Hücumçuların kimliyi və atəşin sərhədin hansı tərəfindən açıldığı qeyri-müəyyən qalır.
Ceylanpinar Suriyanın Ras əl-Ain şəhərinə yaxındır. İki ölkənin sərhədində tikanlı məftil hasarı çəkilib. Hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir. Sərhəd bölgəsinin hər iki tərəfində əsasən kürd əhalisi məskunlaşır.
Suriyadakı İslam Dövləti silahlıları Türkiyə sərhədi boyunca geniş ərazilərə nəzarət edirlər.
"Sərhəddə keşik şəkən 3 əsgərimiz atəş nəticəsində şəhid oldu. Hadisənin necə baş verdiyini araşdırırıq”, bölgə qubernatoru İzzettin Küçük Hurriyet saytına bildirib.
Onun sözlərinə görə, "genişmiqyaslı araşdırma” atəşin Suriya tərəfindən gəlib gəlmədiyini də müəyyən etməlidir.
Son illər ərzində Suriya ilə həmsərhəd bölgədə mütəmadi olaraq separatçı PKK hücumları yer alıb.
Oktyabr ayında Ankara 150 peşmərgə döyüşçüsünə Kobani şəhərinin müdafiəsində iştirak etmək üçün öz ərazisilə Suriya tərəfinə keçməyə icazə verib.
Türkiyə, ABŞ və Avropa İttifaqı PKK qrupunu terrorçu təşkilat kimi tanıyıb.