Ukraynada münaqişənin diplomatik yolu ilə həllinin əsasını Minsk sazişi təşkil edir. Trend TASS agentliyinə istinadən bu barədə bazar ertəsi AFR kansleri Angela Merkel CDF telekanalının efirində bildirib.
"Hazırda biz diplomatik həllinin axtarışı üzərində intensiv işləyirik", - Almaniya hökumətinin rəhbəri bildirib. "Bunun əsası - Minsk razılaşmalarıdır, biz, nəhayət, onların müddəalarını həyata keçirməyə çalışırıq, - o, xüsusi vurğuladı. Biz indi buna cəmləşmişik".