Prezident Həsən Ruhani İranda korrupsiya hallarını tənqid edib. O, xəbərdarlıq edib ki, korrupsiya ölkənin İslam İnqilabını "təhlükəyə atır". Televizya ilə yayımlanan çıxışında cənab Ruhani deyib: "Bir zamanlar [rüşvəti] masanın altından ötürərdilər, indi masanın üzərində verirlər".
O, Tehranda, anti-korrupsiya tədbirində çıxışı zamanı monopoliyaların ləğvinə çağırıb.
Həsən Ruhani 2013-cü ilin avqust ayında hakimiyyət başına gələndən bəri bir neçə yüksək profilli korrupsiya işinin üstü açılıb. May ayında milyarder biznesmen Mahafərid Əmir Xosrəvi rüşvət, çirkli pulların yuyulması, yeyinti və saxtakarlıqda təqsirli bilindikdən sonra edam olunub. Məhkəmə bu qalmaqalın İranda 14 dövlət və özəl banka 2.6 milyard dollara başa gəldiyini aşkarlayıb.
"Korrupsiyanın davam etməsi, dərinləşməsi və böyüməsi İslam İnqilabına ... təhlükə yaradır", cənab Ruhani deyib.