Respublikaçı və ABŞ-ın 43-cü prezidenti Corc Buş qardaşı Jeb Buşu 2016-cı ildə keçiriləcək seçkilərdə prezidentlik uğrunda mübarizəyə çağırıb. O bunu CNN televiziyasına müsahibəsində deyib.
Florida ştatının keçmiş qubernatoru Jeb Buş bu ilin aprelində bildirmişdi ki, yekun qərarı ilin sonunda qəbul edəcək.