ABŞ-ın bir neçə şəhərində dekabrın 5-də də aksiyalar davam edib. Aksiyaçılar ağdərili polisin qaradərili amerikalını öldürməsi məsələsinin mühakimədən kənar saxlanmasına etiraz edirlər. Nyu-York şəhərində nümayişçilər böyük ticarət mərkəzlərinə toplaşıblar. Bəzi nümayişçilər həlak olan şəxsi imitasiya edərək yerə uzanıb. Avtomobil yolları bağlanıb.