Ukraynada separatçılarla təhlükəsizlik qüvvələri arasında gecə döyüşləri baş verib. ANS PRESS-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, gecə ərzində separatçılar 45 dəfə Ukrayna ordusu mövqelərini atəşə tutublar. Ukraynalı hərbçilər öz nöbəsində separatçıların canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi mövqelərə 21 dəfə zərbə endiriblər. Atışma nəticəsində Donbassda iki nəfər dinc sakinin xəsarət aldığı bildirilir.
Separatçılar gecə ərzində Donetsk aeroportunu ələ keçirməyə yenə də cəhd ediblər. Əraziyə güllə məsafəsə qədər yaxınlaşan separatçılar böyük itki verərək geri çəkiliblər. Ərazidə çoxlu sepatçı meyitlərinin qaldığı deyilir.
Ukrayna ordusunun mühəndis-istehkam qrupları Donbassda silah-sursat və minaların zərərsizləşdirilməsilə məşğul olur. Separatçılar şəhərin içində meşə zolaqlarında bu cür silah arsenalının çox olduğu bildirilir.