Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) rəhbəri Viktor İvanov vətəndaşların narkotik analgetikləri əldə etmək hüququna qanunvericilik qaydasında zəmanət verilməsini təklif edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.
O, onkoloji xəstəlikdən əziyyət çəkən kontr-admiral Vyaçeslav Apanasenkonun zəruri ağrıkəsiciləri ala bilmədikdə intihar etməsi ilə bağlı səs-küylü hadisəni xatırladıb.
İvanovun sözlərinə görə, qanunda ağrıkəsicilərə ehtiyacı olan xəstələrin tibbi yardımdan istifadəsinin prioritetliyi prinsipini əks etdirmək lazımdır.