Qaradərili şəxsin polis tərəfindən öldürülməsi ilə bağlı Nyu Yorkla yanaşı ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları keçib. Çərşənbə günü başlayan etirazlar iyul ayında Eric Garneri boğaraq öldürən polisə qarşı ittiham təqdim etməmək barədə Andılar Məhkəməsinin qərarından sonra başlayıb.
Ötən həftə başqa bir qaradərilini qətlə yetirməkdə təqsirləndirilən polisə ittihamın təqdim olunmaması ABŞ boyunca iğtişaşlara səbəb olmuşdur. İnsan haqları müdafiəçiləri hər iki işin federal səviyyədə araşdırılacağına ümid edirlər.
Cümə axşamı Nyu Yorkda keçən etiraz aksiyasının iştirakçıları irqçilik və zorakılıq əleyhinə şüarlar qaldırıblar. Yerə uzanan fəallar "Mən nəfəs ala bilmirəm!” deyə həbs edilərkən Garneri-n dediyi son sözlərinə təkrarlayıblar. Etirazçıların bir hissəsi rəmzi tabutlarla Bruklin körpüsündən keçərkən nəqliyyat hərəkatının arası kəsilib. Aksiya vaxtı 80-dək adamın həbs edildiyi bildirilir.
İyul ayında 43 yaşlı Garneri saxlayan ağdarərili polislərdən biri onu yerə yıxarkən boğucu fənddən istifadə etmişdir. Hadisə yerində çəkilmiş videoda Garnerin davamlı "Mən nəfəs ala bilmirəm!" dediyini görmək olar.