Misir məhkəməsi Hüsni Mübarəkə qarşı irəli sürülmüş ittihamları ləğv edib. Misir məhkəməsi Hüsni Mübarəkə qarşı irəli sürülmüş yüzlərlə etirazçının qətlə yetirilməsini təşkil etməsi barədə ittiham devrilmiş prezidentin işinə təkrar baxış nəticəsində ləğv olunub.
Ötən gün məhkəmə eləcə də Misir DİN-in keçmiş rəhbəri Həbib əl-Adli və onun 6 köməkçisinə qarşı nümayişçilərin qətlə yetirilməsi ittihamını ləğv etmişdi.
Hüsni Mübarəkə qarşı İsrailə qaz təchizatı ilə bağlı korrupsiya ittihamı da ləğv olunub.
Misirin keçmiş prezidenti Hüsni Mübarək 3 il bundan əvvəl mühakimə olunaraq qeyd olunmuş ittihamlar üzrə təqsirli bilinmişdi, lakin 2013-cü ilin yanvarında məhkəmə hökmü iki şahidin appellyasiyası əsasında "texniki səbəblərə görə" ləğv olunmuşd.
86 yaşlı Hüsni Mübarək ona qarşı irəli sürülən bütün ittihamları rədd edirdi.