Din Türkiyənin tanınmış din alimi, Cübbəli Əhməd ləqəbli Əhməd Mahmud Ünlü ölkələrində səfərdə olan Roma papası Franksisi İslam dinini qəbul etməyə dəvət edib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, jurnalistlər Cübbəli Əhməddən, "papa ilə görüşmək istərdinizmi?” – deyə soruşub. Din alimi isə həqiqətləri demək mümkün olsa görüşə biləcəyini deyib:
"Niyə görüşüm ki, neyniyirəm papanı? Müsəlman edəcəksəm görüşüm və ya həqiqəti demək mümkün olsa, "Sən bu papalıqdan əl çək, müsəlman ol” deyim” – deyə Əhməd Mahmud Ünlü cavab verib.
Bir neçə gün əvvəl İŞİD tərəfindən hədələnən Cübbəli Əhməd bu istiqamətdə də suallara cavab verərək ölüm siyahısının Əzrailin əlində olduğunu deyib.