şənbə günü, 14 noyabr 2026
     

Dəmir Mayor - Borçalının igid oğlu… - FOTO

Image


Ulu babalarımızdan bizə miras qalan qədim yurd yeri Borçalı… Qarayazı meşəsi, Ləlvər dağı sanki bu ulu yurda bir bəzək verir. Anaların laylası saz havalarına köklənib bu ellərdə. Başqa dövlətin tərkibində olmasına baxmayaraq, zaman-zaman öz adət-ənənələrini bu gün də qoruyub, gələcək nəsillərə ötürməyi bacarırlar. Başı qarlı dağların sinəsindən dünyaya boylanan bu ulu yurd kimləri yetişdirmədi? Neçə-neçə generallar, elm adamları, şairlər, qəhrəmanlar doğuldu, xalqın inkişafına öz töhfələrini verdilər. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Bəkir Mustafayev, İsmayıl Bayramov, Xalq şairi Zəlmixan Yaqub, Rəşid Behbudov da məhz Borçalı elinin yetirmələridir. 

Sən sirri açılmayan bir xəzinəsən,  yelkənli bir gəmisən. Qarlı, çovğunlu hündür dalğaları yara-yara uzun zamandı yol gəlib, min illərin ağrılı-acılı, sevincli-nəşəli günlərinə şahidlik edirsən. O günün xatirəsini bu günümüzəcən daşıyan yeganə varlıqsan. Qayaların köksündən qopan, “ cəngi” sədalarını andıran yeganə varlıq… Sən nələrə şahidlik etməmisən ki...

Əyilməzdi- yağılara qənimdi,

Adı, sanı şöhrətimdi, şanımdı.

Tarix boyu mənim olub, mənimdi,

Qarayazı, Baş keçidim, Borçalım.

Elin yurdsevər oğulları yadelli işğalçılara qarşı amansız savaşlarda mübarizədən də yorulmayıb. Ermənilərin yurdumuza təcavüzü zamanı bu yurdun oğulları da silaha sarılıb Qarabağa yollandı, elə Vəzir İsa oğlu Sədiyev kimi.

Vəzir Sədiyev isti yay günü - 6 iyun 1961-ci ildə Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya göz açıb. Ailədə 6 övladın üçüncüsü olub Vəzir. Atası İsa kişi öz halal zəhməti, alın təri ilə bütün övladlarını böyüdüb, onlara təhsil verib və deyib: “Nə qədər sağam, imkan vermərəm ki, mənim övladlarım kimsənin əlinə baxsınlar. Onları böyüdüb təhsil verirəm ki, Xalqına, Vətəninə layiqli övladlar olsunlar”.

Vəzir ibtidai sinfə doğulduğu kənddə getsə də, orta təhsilini Qərbi Azərbaycanın Noyemberyan rayonunun Körpülü kəndində başa vurub. Dilli-dilavərliyi, bacarığı və çevikliyi ilə tay-tuşlarından seçilib həmişə. Elmə, təhsilə olan marağı, vətənpərvərliyi onu müəllim kollektivinə sevdirib. O, hələ uşaq olmasına baxmayaraq, ermənilərin çirkin niyyətlərini görür və dərk edirdi. Hərbçi olmaq istəyi isə sanki onun qanından, canından gəlirdi.

Yeri gəlmişkən, 2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə, Marneuli rayonunun əhalisinin 83,1%-ni azərbaycanlılar, 8%-ni gürcülər, 7,9%-ni ermənilər təşkil edir. Ən iri yaşayış məntəqələri Marneuli şəhəri (əhalisi: 20,1 min nəfər), Sadaxlı (9,5 min nəfər) və Qızılhacılı (7,1 min nəfər) kəndləridir ki, bunların da əsas hissəsini azərbaycanlılar təşkil edir

Vəzirin musiqiyə böyük marağı vardı. Saz havalarının vurğunu idi. Qulaq asmaqdan doymazdı heç vaxt. Axı Borçalı eli hər zaman sazlı-sözlü aşıqları ilə məhşur olub. Aşıq Hüseyn Saraclı kimi…

Vəzir orta təhsilini başa vurandan sonra arzu və istəklərinin dalınca doğulduğu yurda qayıtdı. O, ilk öncə sənədlərini Azərbaycan Tibb İnstituna verdi. O istəyirdi ki, hərbi cərrah olub, neçə-neçə hərbçinin yaralarına məlhəm olsun. Ancaq istəyinə nail ola bilmədi. Ömür yolu ona erkən yaşlarından peşakar hərbçi taleyi yaşatdı. Elə həmin il  Tiflis Ali Hərbi Artilleriya Məktəbinin müdavimi olmağı bacardı. Sevincinin həddi-hüdudu yox idi. Təhsilini başa vuran kimi təyinatla Rusiyaya yola düşən Vəzir Qorki şəhərindəki hərbi məktəblərin birində müəllimlik fəaliyyətinə başladı. Yenə də sevildi, seçildi. Amma o bir yerdə dayanmır, daim öz üzərində çalışır, sanki öz bilik bacarığını döyüşlərdə sınamaq istəyirdi. Buna görə də könüllü Əfqanıstana getməyi qərara alır.

Sovet qoşunları Əfqanıstana girəndə baş leytenant Vəzir Sədiyev artilleriya taborunun komandiri idi. Əfqanıstana gəldiyi gündən ən qaynar nöqtələrdə vuruşurdu. Kabil, Qəndahar, Herat şəhərlərində aparılan əməliyyatlarda misilsiz şücaətlər göstərir. Sədiyevin uğurlu və itkisiz əməliyyatları komandanlığın gözündən yayınmırdı. O, iki il yarımlıq döyüş yolunda ən çətin sınaqlardan müvəffəqiyyətlə çıxmışdı. Ona görə də dəfələrlə pul mükafatı, orden, medal və SSRİ Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdi.

Döyüşlərin birində ölümcül yaralanan Sədiyev Moskvada müalicə aldıqdan sonra Zabaykalye Hərbi Dairəsindəki hərbi hissələrin birində qərargah rəisinin müavini kimi faəliyyətə başladı. Əfqanıstandakı uğurlu əməliyyatlara görə ikinci dərəcəli “Peşəkar zabit” döş nişanı ilə təltif olunan Sədiyev artıq mayor rütbəsində idi. Yaraları qaysaq tutsa da, müharibənin ağrıları canından çıxmamışdı hələ.

Statistikalara görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Sovet ordusu 1989-cu ilə qədər Əfqanıstanda  14.427 hərbçisini itirib. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar alıb. Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Müharibənin aparıldığı 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib.

On illik Əfqanıstan müharibəsində Azərbaycanlıların da xidmətləri danılmazdı. Onun vurduğu ağır zərbələrinin əzab-əziyyətini hələdə indiyə kimi yüzlərlə soydaşımız çəkməkdədir. 1979-cu ildən 1989-cu ilə qədər Əfqanıstanda  7500 azərbaycanlı  iştirak edib. Onların 208-i müharibədə həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı adını daşıyır. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat edib. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

1988-ci il… Qərbi Azərbaycandan 300 mindən artıq soydaşımız məcburi şəkildə öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycana pənah gətirmişdi. Qarı düşmən bununla kifayətlənməyərək, Dağlıq Qarabağda müxtəlif cinayətlər törədir, əliyalın əhaliyə hücumlar edir, evləri yandırırdır. Artıq Xalq ayağa qalmışdı. Azadlıq meydanı dolub-daşır, mitinqlər başlamışdı. Əhali hökumətin istefasını tələb edir, Dağlıq Qarabağda və onun ətrafında baş verənlərə düzgün qiymət verilməsini tələb edirdilər. Hökumət isə sanki baş verənləri görmür, əksinə, öndə gedənləri millətlər arasında qarışıqlıq yaratmaqda suçlayaraq, qollarını qandallayıb dəmir barmaqlıqlar arasına salırdı. Ancaq qarı düşmən getdikcə azğınlaşır, hər gün bir kəndi dağıdır, əhalini güllə-baran edir, daim səksəkə içində saxlayırdı.  Əhalinin səsi heç yerdə eşidilmirdi. Yalnız ümid özlərinə qalırdı.  Az keçmədi ki, bu mitinqlər bölgələri də bürüdü. Ürəyi Vətən eşqilə döyünən ziyalılarımız sinələrini qabağa verib,  torpaqları işğaldan azd etməyin yalnız bir yolu olduğunu deyirdilər: birləşib düşmənlə sərt mübarizə aparmaq. Bu, dildə asan deyilsə də, olduqca çətin bir iş olduğunu da yaxşı bilirdilər.

Məkrli düşmən Qarabağda torpaq iddiası ilə ayağa qalxanda mayor Sədiyev Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Doğma yurdda baş verən hadisələr onu narahat etməyə bilməzdi. O, qürbətdə olsa da, daim Azərbaycanda baş verən prosesləri izləyir, yaxınlarından məlumatlar alırdı. Xocalı faciəsi onun Azərbaycana gəlib Vətəninə xidmət etmək istyini sürətləndirdi.  Müdafiə Nazirliyinə yazdığı müraciətə  qısa zamanda baxılaraq müsbət cavab verildi. Vətənə dönən peşəkar hərbçi Artilleriya və Hərbi Hava Qüvvələri idarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi. Və həmin gündən Vəzir Sədiyevin səsi ən qaynar nöqtələrdən gəldi. Onun peşəkar zabit kimi Milli Ordunun yaradılmasında da böyük xidmətləri vardı.

Laçın dəhlizi və bir çox kəndlər düşmənin nəzarətində idi. Düşmən dəhliz vasitəsi ilə bura çoxlu sayda  silah-sursat, hətta  imperiyadan  miras qalmış ən ağır texnikalar Qarabağa daşınırdı. Cəsarətli soydaşımız mayor Sədiyev heç bir əmr gözləmədən həmin karvanın qarşısını almaq üçün əməliyyata keçdi. Hədəfi nişan aldı. Bir neçə dəqiqənin içində 84 yük avtomobili məhv edildi. O gün dəhliz boyu göylərə yüksələn alov neçə-neçə düşmənin sonuna çıxdı.

Vəzirin bu addımı çoxlarını narahat etməyə başladı, hətta o zamankı müdafiə naziri Rəhim Qazıyev tərəfindən nazirliyə çağırıldı. Komanda verilmədiyi halda nəyə görə düşmənə zərbə endirdiyi soruşulduqda: “Bu ki, düşməndi, düşməni məhv etmək üçün əmr lazımdırmı?! Əgər mənə məxsus olan yolla düşmən arxa cəbhə üçün silah-sursat və ərzaq daşıyırsa susub durmalıyammmı, yoxsa haradansa əmr gözləməliyəm?!- deyə Vəzir qürur və qətiyyətlə bildirdi.

Müdafiə naziri üzünü Vəzirə tutub sərt və qəti şəkildə etiraz etdi: “Sən bizimlə işləyə bilməzsən”.

- Axı mən xalqıma silah qaldıranlara qarşı vuruşuram, o dəhliz vasitəsilə Qarabağa ağır texnikanın daşındığından necə xəbərsiz ola bilərsiniz?- Vəzir səsini ucaldı.

Qazıyev susmağa üstünlük verdi.

Vəzir çox narahat idi. Qulaqlarına inanmırdı. Düşmən ağır texnika ilə irəlilədiyi bir zamanda müdafiə nazirindən aldığı cavabı əsl satqınlıq kimi qiymətləndirdi.

Amma olan olmuşdu.

Sədiyev həm də peşəkar kəşfiyyatçı idi. O, təkbaşına düşmənin arxasına keçərək lazımi məlumatları qərargaha ötürməklə yanaşı, strateji obyektlərin darmadağın edilməsində əhəmiyyətli rol oynayırdı. Hətta Gorus-Qafan istiqamətində düşməni pusquya salan Sədiyev silahdaşları ilə birlikdə bir erməni əsgərinin də salamat çıxmasına imkan verməmişdilər. Həmin gün yasa bələnmişdi bütün Ermənistan, hətta üç günlük matəm elan olunmuşdu.

Füzulidəki adsız yüksəkliyi geri qaytarmaq üçün Vəzir qərargahdan əmr aldı. Kəşfiyyat xarakterli manevrdən sonra bölük zirvəyə doğru irəlilədi. Dağın zirvəsində lağım atmaqla düzəltdikləri mağarada saysız-hesabsız silah-sursatın və böyük bir dəstənin gizlənə biləcəyini təsəvvürə gətirmək mümkün deyildi. Amma yenə də Vəzir Sədiyev ehtiyatlı davranırdı. O gecə dan yeri ağarana qədər sürünə-sürünə dağa çıxdılar. Ocaq ətrafında cəmləşən quldurlar qaranlıqda nələrin baş verdiyindən xəbərsiz idi. İki nəfər gözətçidən başqa hamısı ocağın istisində xumarlanırdı. Bəlkə də bu yüksəkliyi fəth edə biləcək bir qüvvənin olacağına inana bilmirdilər. Ona görə də arın-arxayın ayaqlarını uzadıb özləri üçün xəyal qururdular. Vəzir Sədiyev ilk həmlədə keşikçiləri cəhənnəmə göndərib, mağaraya gedən yolun təhlükəsizliyini təmin elədi. Sonra kimin üzərində nə qədər qumbara vardısa mağaraya atılmasına əmr verdi. Haray-qışqırıq tamam kəsiləndən sonra, sanki havanı “kabab qoxusu” bürümüşdü. Kimsə salamat çıxa bilməmişdi o mağaradan. Hər kəs yanıb külə dönmüşdü.  ...Dan yeri ağaranda sərin meh o qoxunu dağın arxasına qovub apardı.

Mağaradakı silahlardan güc çatan qədər götürüb aşağı endilər, üstəlik bir-iki cəsəd də gətirmişdilər ki, əsirlikdə olan soydaşlarımızla dəyişdirsinlər.

Vəzir silahdaşlarının gözündə ən yüksək zirvədə idi, çünki onun uğursuz döyüşünü heç kim görməmişdi. Axı o, “dəmir mayor” idi. Əslində, bu adı ona ermənilər vermişdi.

1993-cü il fevral ayının 19-u… Ağdərədə döyüşlər şiddətlənmişdi. Ümid yenə də Vəzirə idi. Həsənriz ətrafında cəmləşən erməni taborunu geri oturtmaq üçün növbəti əməliyyata da Vəzir rəhbərlik edəcəkdi. Vaxt itkisi digər ərazilərin də ələ keçməsinə səbəb ola bilərdi. Vəzir silahdaşları ilə birlikdə döyüşə atıldı. Neçə-neçə düşmən əsgərini yerə sərdi. Xof içərisində silahını atıb qaçan quldurların sayı artırdı. Xeyli ölən və yaralanan vardı. Həmin gün əsgərlərimiz erməni taborunu tutduğu mövqedən çıxara bildi. Hələ üstəlik, tank, PDM, yük maşını da ələ keçirildi. Bu növbəti uğuru idi Vəzirin. Amma bu uğurun sevincini yaşamaq qəhrəman soydaşımıza nəsib olmadı.

Şəhidlər Xiyabanı… And yerimiz olan bu xiyaban hər zaman bizim ziyarət yerimiz olaraq qalacaqdı. Vəzirin uyuduğu bu məkan daim qohumları, dostları, döyüş yoldaşları tərəfindən yad edilir.

Vəzir İsa oğlu Sədiyev qorxmazlığı, cəsarəti ilə Azərbaycanın hərb tarixinə öz adını yaza bildi. Qəhrəmanlıqla dolu döyüş yolu yetişməkdə olan nəslin qəlbindəki vətənpərvərlik toxumunu cücərtdi. Torpaqlarımızın bütövlüyü uğrunda ölümsüzlüyə qovuşan yurdsevər soydaşımız Prezidentin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Biləcəri qəsəbəsindəki parkların birində şəhid soydaşımızın büstü qoyulub.

Vaxtilə alın təri, halal zəhməti ilə 6 övlad böyüdən Nənəqız ana bu gün də, ahıl yaşında olmasına baxmayaraq, nikbindir. Ürəyi həyat eşqi ilə doludur. Axı o, Milli Qəhrəman anasıdı…

Vüqar ƏSGƏROV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ