şənbə günü, 14 noyabr 2026
     

Məktəblilər üçün yay düşərgə qiymətlərindən xəbəriniz varmı...

Image


2018-2019-cu il tədris ilinin bitməsinə az qalıb. Artıq valideynlər övladlarının yay tətilində necə istirahət edəcəyi barədə düşünməyə başlayıb. Təbii ki, ilboyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var.

Qeyd edək ki, vaxtilə məktəblilərin yay tətilini təşkil etmək üçün bütün sovet məkanında düşərgələr fəaliyyət göstərirdi. Hansı ki, belə məkanlarda uşaqların fəaliyyəti səmərəli şəkildə təşkil olunurdu.

Azərbaycana gəldikdə, müstəqilliyin ilk illərində bu məsələ tamamilə unudulmuşdu. Onun da nəticəsində uşaqlar yay tətillərini səmərəli keçirə bilmirdilər. Yalnız sonrakı illərdə ölkədə bir sıra yay düşərgələri yaradılmağa başlandı. Ancaq hələ də bu sahədə ciddi boşluqlar və problemlər mövcuddur. Belə ki, yalnız Şüvəlanda Çingiz Mustafayev adına düşərgə fəaliyyət göstərir ki, ora da ancaq Daxili İşlər Nazirliyi əməkdaşlarının övladları qəbul olunur. Həmçinin, bu tip düşərgələr pullu olduğundan, əksər vətəndaşın uşaqları belə yerlərdə istirahətdən məhrumdur. Nəticədə yay fəslində dərslərin başa çatması ilə əlaqədar olaraq əksər uşaq, demək olar ki, günlərini küçələrdə keçirir. Görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanda uşaqların asudə vaxtının təşkili üçün yay düşərgəsi kimi məkanların az və pullu olması fonunda əksər valideynin övladları vaxtlarını səmərəli keçirə bilmirlər.

Qeyd etdiyimiz kimi, vaxtilə məktəblilərin yay tətilini təşkil etmək üçün bütün sovet məkanında düşərgələr fəaliyyət göstərib. Hansı ki, belə məkanlarda uşaqların tətili səmərəli şəkildə təşkil olunurdu. Son zamanlar bu ənənə yenidən bərpa olunur. Bəzi valideynlər övladlarını bölgələrdə, bəziləri isə xaricdə təşkil olunan yay düşərgələrinə göndərirlər. Qiymətlər isə təxminən 300 manatdan başlayır.

Tətildə övladlarının vaxtlarını daha səmərəli keçirməsi və istirahətini təşkil etmək üçün bir sıra valideynlər onları yay düşərgələrinə göndərirlər. Məlumat üçün bildirək ki, hazırda yay düşərgələri daha çox özəl şirkətlər tərəfindən həyata keçirilir.

  • “ADA-Avropa İttifaqı (Aİ) Yay Düşərgəsində 11-15 yaşlı bütün uşaqlar iştirak edə bilər, qiyməti isə 350-400 AZN-dir”

ADA-Avropa İttifaqı (Aİ) Yay Düşərgəsində 11-15 yaşlı bütün uşaqlar iştirak edə bilər. Elanda qeyd olunur ki, bu düşərgədə məktəblilər cəmiyyətin müxtəlif sahələri haqqında biliklərini, dünyagörüşünü genişləndirə bilər. Düşərgənin qiyməti isə 350-400 manatdır.

  • “STEP IT Academy”in təşkil etdiyi yay düşərgəsində məktəblilər geniş kompyuter biliklərinə malik olacaq, düşərgənin qiyməti 450 manatdır”

“STEP IT Academy”in təşkil etdiyi düşərgə növbəli sistem əsasında fəaliyyət göstərir və bura 10-14 yaşlı məktəblilər qəbul olunur. “Academy”in təşkil etdiyi yay düşərgəsində məktəblilər geniş kompyuter biliklərinə malik olacaqlar. “STEP IT Academy”də məktəblilər üçün təşkil olunan düşərgənin qiyməti 450 manatdır.

  • Nadir İsrafilov: “Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir”

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov dedi ki, uşaqların yay tətilində necə və harada dincəlməsi sualı çoxlarını düşündürür: “Sovet dönəmini qoyaq bir kənara, heç olmasa 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı. Halbuki, bəyənmədiyimiz postsovet məkanında bu qəbildən olan düşərgələr dövlət hesabına təşkil olunurdu. Hətta rayonlarda iri təsərrüfatların özlərinin balansına məxsus mövsümi düşərgələri var idi. Ayrı-ayrı təşkilatların Həmkarlar İttifaqı hesabına uşaqlar şən və mənalı istirahət edirdilər. Yerli təhsil şöbələrinin Qubada, Nabranda, Şüvəlanda və respublikanın digər füsunkar guşələrində “Qərənfil”, “Qağayı”, “Cırtdan” və digər adlarla düşərgələri fəaliyyət göstərirdi. Krımda yerləşən Ümumittifaq miqyaslı və beynəlxalq səviyyəli “Artek” düşərgəsinə düşmək isə hər bir məktəblinin ən böyük arzusu və şərəf işi hesab edilirdi. Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə, bu düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratları barədə inşa yazırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Müstəqillik əldə etdikdən sonra yəqin belə hesab etdik ki, bu olayda nəsə bir müəmma – “pioner” sözü var və bu, sovetdən qalma nümunədir. Halbuki, pioner sözü məcazi olaraq “ilkin”, “müjdəçi”, “qaranquş” mənasında işlənirdi. Bu mənada, pioner düşərgələrinə, dəstə rəhbərlərinə ögey münasibət bəsləndi və bu tarixi ənənə, bir növ, arxivə göndərildi. Əslində, təlim-tərbiyə işinin axsamasının, təhsildən kütləvi yayınmanın, təhsilin keyfiyyətinin aşağı düşməsinin səbəblərindən biri də məhz pioner düşərgələrinin ləğv olunmasıdır. Çünki istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdir. Eyni zamanda, bu düşərgələr, bir növ, hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Yəni düşərgələr bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi”.

Onun sözlərinə görə, orta məktəblərdən fərqli olaraq, ali təhsil ocaqlarında yay düşərgəsi istiqamətində müəyyən işlər var: “Bildiyim qədər, Azərbaycanda 60-a yaxın turizm şirkəti var ki, daxili turizmlə məşğul olurlar. Hesab edirəm ki, məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir. Bunun adı “pioner” olmasın, başqa bir milli ad olsun, məzmunu “kommunizm qurucuları yetişdirmək” olmasın, müstəqil ölkəmizə layiqli vətəndaş yetişdirmək olsun. Lap elə atributları da dəyişək. Əsas forma deyil, mahiyyətdir. Bundan başqa, uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələrin hesabına, ya da imkanlı valideynlərin öz hesabına olsa belə, bütün mümkün imkanlar araşdırılmalıdır. Problemin dövlət büdcəsi hesabına həll olunması və dövlət nəzarəti altında olması isə arzuolunandır. Əks halda, problem öz həllini tapanadək, cüzi miqdarda dövlət büdcəsindən pul ayırmaqla, heç olmasa yay tətili zamanı səfalı regionlarda yerləşən məktəblərin bina və ərazilərini yay düşərgəsinə çevirmək və düşərgə xidmətləri təşkil etmək olar. “Sağlam bədəndə sağlam ruh olar” deməklə iş bitmir. Əlaqədar hökumət və dövlət qurumları gələcəyimiz olan uşaqlarımızın sağlamlığı, mənəvi və fiziki inkişafı imkanlarını lazımınca dəyərləndirməli və ölkə başçısı qarşısında müvafiq məsələ qaldırmalıdırlar”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ