şənbə günü, 14 noyabr 2026
     

"İzahlı dilçilik terminləri lüğəti”nin müəllifləri nəşrin plagiat olması barədə iddialara cavab verdilər

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun "İzahlı dilçilik terminləri lüğəti”nin müəllifləri bu nəşrin plagiat olması barədə səslənən iddialara cavab veriblər. Qeyd edək ki, lüğətin tərtibçiləri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, dosent Natəvan Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Abdullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Svetlana Novruzova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli - Qəribovadır.

Trend-in məlumatına görə, lüğətin tərtibçiləri bildiriblər ki, dilçiliklə bağlı tədqiqatlarda qeyd edildiyi kimi, terminoloji lüğətlərin sözlüyünün hazırlanmasında iki şərt əsasdır: "Bu şərtlər əvvəllər nəşr edilmiş müvafiq terminoloji lüğətlərin sözlüyünün yenidən tənqidi surətdə nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, orijinal mətnlərin, dərsliklərin, elmin ayrı-ayrı sahələrinə dair yazılmış əsərlərdən lazımi terminlərin seçilib sistemə salınmasıdır. Bu prinsiplərdən istifadə edilərək bir sıra dilçilik terminləri lüğəti nəşr edilib. XX əsrin əvvəllərində SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” (1939-cu ildə D. Quliyev tərəfindən) nəşr edilib. Həmin lüğət orta məktəb proqramını əhatə edir. 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı tərəfindən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənib və 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüstəmov, M.Ş.Şirəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr edib. 1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti” də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. 1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta və ali məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xüsusiyyətləri göstərilməklə 150 termin izah edilir. 1989-cu ildə “İzahlı dilçilik terminləri” sorğu lüğəti çapdan çıxıb (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində işlənən sabitləşmiş təxminən 1 600 termin əhatə olunub. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və dilçilik laboratoriyasında hazırlanan “Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülüb, onun alman, ingilis, fransız, Azərbaycan dillərində qarşılığı verilib, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin izahı verilib".

Müəlliflər qeyd ediblər ki, dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar yeni izahlı lüğətin tərtibi üçün zəmin hazırlayıb: "Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulurdu. Bu nəzərə alınaraq 2014-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin əməkdaşları tərəfindən izahlı lüğətin tərtibinə başlanılıb. Nətıcə olaraq 2018-ci ildə “İzahlı dilçilik terminləri lüğəti” nəşr edilib".

Tərtibçilər həmçinin deyiblər ki, lüğətdə 7 500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib: "Lüğətin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı verilib. Lüğət tərtib olunan zaman dilçiliklə bağlı tərtib olunmuş bütün lüğətlərdən, fundamental elmi əsərlərdən mənbə kimi istifadə edilib. Mütəxəssislərə məlum olduğu kimi, lüğətçilik dilçiliyin tətbiqi sahəsinə aiddir və lüğətlərin tərtibində əsas məqsəd terminlərin bir mənbədə toplanmasıdır".

Müəlliflər əlavə ediblər ki, terminoloji lüğətlər müəyyən elm sahələri üzrə məlumat xarakteri daşıyır: "Onların bildirdiyinə görə, bir elm sahəsində yazılan bütün kitabları əldə etməyin mümkün olmadığını nəzərə alsaq, terminoloji lüğətlərin necə böyük əhəmiyyət daşıdığını görmək olar. Lakin burada bir məqamı nəzərə almaq lazımdır ki, elmi dilin stabilliyi və anlaşıqlı olması həmin dildə anlayışların vahid terminlərlə və eyni izahla ifadə edilməsi ilə ölçülür. Bir elmi anlayışın eyni terminlə ifadəsi, yaxud da bir terminin vahid tərifinin olması dil üçün olduqca zəruridir. Bu proses isə zamanla baş verir və əksəriyyət tərəfindən qəbul edilmiş termin o anlayışın ifadə vasitəsinə çevrilir. Məsələn, “isim əşyanın adını bildirir və kim? nə? hara? suallarına cavab verir” fikri bütün dilçi alimlər tərəfindən qəbul edilmiş faktdır və dərsliklərdə, lüğətlərdə də bu şəkildə öz əksini tapıb. Yaxud da dodaqlanan və dodaqlanmayan saitlər, cingiltili və kar samitlər dərsliklərdə necə verilirsə, lüğətlərdə də o şəkildə verilir".

Lüğətin müəllifləri hesab edirlər ki, bu baxımdan müəyyən elm sahəsi üzrə tərtib olunmuş lüğətlərdə eyni elmi anlayışlara və elmi izahlara rast gəlmək mümkündür: "Bunu dəyişmək və ya başqa şəkildə izah etmək qeyri-mümkün hesab edilir. Yeni nəşr olunan lüğəti tərtib edən zaman əvvəlki mənbələrdən istifadə edilməklə yanaşı, adı çəkilən lüğətlərdə olmayan 4 200 termin toplanaraq izahı verilib. Son zamanlar məsələnin mahiyyəti və incəliyindən xəbərsiz olan şəxslərin nəzərinə çatdırmaq istərdik ki, biz “İzahlı dilçilik terminləri lüğəti”ni tərtib edərkən bu günə qədər dərc olunmuş bütün dilçilik lüğətlərindən yararlanmışıq və lüğətin tərtib prinsipinə əsasən əsərin sonunda bunu qeyd etmişik. Müqayisəyə cəlb edilən digər lüğətlərdən istifadə son nəticədə plagiatlıq deyil, mənbədən yararlanma səviyyəsini əks etdirir. F.Veysəllinin redaktorluğu ilə nəşr edilən lüğətlə yanaşı, müəllifin “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (Bakı. Mütərcim. 2015); “Dilçiliyin əsasları (Bakı. Mütərcim, 2013), eyni zamanda akademik A.Axundovun, akademik K.Abdullayevin, M.Hüseynzadənin, Ə.Dəmirçizadənin, Q.Kazımovun qrammatika kitablarında, eləcə də Z.Korkmazın, O.S.Axmanovanın, T.B.Jerebilonun, D.E.Rozental, M.A.Telenkovanın lüğətlərində verilən terminlər və onların tərifləri lüğətə daxil edilib. Lüğət tərtib edilən zaman terminlər toplanıb, sistemli şəkildə izahı verilib. Bu isə plagiatlıq deyil. Plagiatlıq elmi ideyaların və elmi fikirlərin oğurlanması deməkdir. İzahlı terminlər lüğətində plagiatlıq axtaranlar lüğət tərtibetmə prinsiplərini öyrənib, sonra bu barədə fikir yürütməlidir. Lüğətlər tərtib edilir, yeni elmi əsər yazılmır. Məsələyə elmi şəkildə yanaşsaq bu, plagiatlıq deyil, lüğətçilikdə qəbul edilmiş əsas prinsipdir. Belə nəşrlər elmi yeniliyə iddia etmir və hər hansı elmi dərəcə almaq üçün dissertasiyaların tərkib hissəsi deyildir. Bizlər isə özümüzü müəllif yox, tərtibçi hesab edir və bu müvafiq qaydada lüğətin ön sözündə qeyd edilib".

Tərtibçilər vurğulayıblar ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan lüğətin nəşrdən əvvəl geniş müzakirəsi olub və bütün bu proses ərzində bizə irad və təkliflərini bildirən şəxslərin qeydləri nəzərə alınıb: "Lüğət 12 yanvar 2018-ci ildə nəşr olunub. Nəşr olunan lüğət kitabxanalara, türk dövlətlərinin hər birinə göndərilib. Hazırda əlimizdə lüğət yoxdur. Lakin son bir həftədir saxta ajiotaj yaradan xəbərlərə cavab olaraq demək istərdik ki, biz illərdir bu sahədə fəaliyyət göstərən şəxslər olaraq yazılan xəbərləri qərəzli qəbul edirik. Sosial şəbəkələrin “eyforiya”sına çox qapılmaq əvəzinə, real elmi əsərlər ortaya qoyulsa, daha yaxşı olardı. Fikrimizcə, bu lüğətə qərəzli fikirlər kölgə sala bilməyəcək. Bizdən sonrakı tədqiqatçıların da bu lüğətdən istifadə edərək daha sanballı akademik lüğətlər tərtib edəcəyinə inanırıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbasın ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ