şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın “Gənclər Paytaxtının” gəncləri…

Image


Gənc müəllim, həkim, mühəndis, polis, dövlət qulluqçusu, əsgər… Hər şey gənclikdən başlayır. Gənclik elə bir qüvvədir ki, bir dövrü belə dəyişmək gücünə malikdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi vəziyyət getdikcə dəyişməyə başladı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən gənc nəslin vahid bir mərkəzdən idarə olunması üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yalnız bundan sonra bu sahənin inkişaf prosesi sürətləndi, gənclərlə iş sahəsində yeni strukturlar formalaşmağa başladı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq aləmdə iştirakı təmin edildi, gənclər təşkilatları ilə iş gücləndirildi, bir sıra dövlət proqramları qəbul edildi. Gənclər siyasətinin davamı olaraq ulu öndər tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclərin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin uğurla icra olunması, gənclərə dövlət qayğısının artırılması, ölkə gənclərinin hər bir sahədə fəal iştirakını təmin etmələrinə şərait yaratmaq idi. 1997-ci ilin fevralın 1-də Gənclərin I forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qəbul edilməsi barədə Sərəncam imzaladı. Forumda iştirak edən  ulu öndər öz çıxışında gənclərə bu cür  müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarsınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Bu sözlər, eyni zamanda, Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr qoydu. Heç kəsə sirr deyil ki, gənclik bir millətin gələcəyinin yaşaması üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacibdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli gənc nəslin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Beləliklə, Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları bu sahənin nə qədər vacib və aktual olduğunu göstərir.

Tarixən hər bir xalq xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarını hərəkətə gətirən əsas qüvvəsi hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti Ali Məclisin Sədri tərəfindən yeni mərhələni yaşayır. Muxtar respublika rəhbərinin fərmanı ilə potensiallı gənc  istedadların  dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir.

Muxtar respublikamızda aparılan iqtisadi inkişafın nəticəsidir ki, Naxçıvan bu gün regionun aparıcı simasına çevrilib. Aparılan hərtərəfli islahatlar, iqtisadi inkişaf bütün sahələrdə özünü göstərir. Bütün dövrlərdə olduğu kimi gənclərlə iş  sahəsi hər il yeni müstəvidə həm də sürətlə inkişaf etdirilir. Qəbul edilən qərar və sərəncamlar gənclərimiz tərəfindən alqışlarla qarşılanır. Bunun qarşılığında gənclərimiz muxtar respublikanın tanıdılmasında, mədəni kütləvi tədbirlərin keçirilməsində, ictimai-siyasi həyatında yaxından və fəal şəkildə iştirak edirlər. Nəticədə, 2018-ci il gənclərimiz üçün uğurlu il olaraq yaddaşlara həkk olundu. Naxçıvan beynəlxalq tədbirlərin, forumların, idman yarışlarının keçirildiyi bir məkana çevrildi.

Muxtar respublika gəncləri respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq göstərərək, 2018-ci ildə Naxçıvana ölkənin Gənclər Paytaxtı statusunu qazandırdılar. Cari ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan doğma diyarımızda gənclər nümayiş etdirdi ki, onların internet resurslarından səmərəli istifadəsi muxtar respublikada gənclər üçün yaradılan şəraitin bir nümunəsidir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan gənc oftalmoloqlarının elmi-praktik konfransının muxtar respublikamızda keçirilməsi ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvanda elmə, təhsilə, səhiyyəyə nə qədər önəm verdiyinin göstəricisidir. Gənclərimiz tərəfindən azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi Naxçıvanın strateji inkişaf hədəflərinə xidmət edən vacib amildir. Çünki muxtar respublikamızın inkişaf strategiyasının əsasında milli-ideoloji prinsiplər durur. Bu prinsiplər uzun illərdən dövrümüzədək qorunub saxlanılan milli irsimiz, tarixi ənənələrimizlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin, fikirlərin vəhdətində formalaşıb.

Qoca yüzilliyin gənc ölkəsinin gəncləri öz mədəni irsinə, kökünə, keçmişinə bağlı böyüyürlər. İsbat olunmuş teorem kimi: hər bir cəmiyyətin gəncləri öz mədəniyyəti ruhunda tərbiyə olunurlar. Məsələn, qədim Spartada gənclər nizam-intizamlığı və qəhrəmanlığı ilə seçilir, cəsarət ruhunda tərbiyə olunurdular.

Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz Azərbaycan gənci hər zaman ata-babalardan miras qalan öz milli adət-ənənəsini, tarixini və irsini qoruyaraq gələcək nəsillərə ötürüb. Cari ildə muxtar respublika gənclərinin əldə etdiyi uğurlar onu göstərir ki, Naxçıvan gəncliyi gündən-günə respublikamızın hər bir sahəsində uğur qazanmaqdadır. Məhz 2018-ci ildə idman sahəsində 311, gənclər sahəsində isə 292 tədbirin təşkil olunması, eyni zamanda 189 medalın qazanılması təsadüfi deyil.

Muxtar respublikamızda “Avropa günləri” çərçivəsində tam orta məktəblərdə, ali təhsil ocaqlarında bir sıra təqdimatların keçirilməsi Naxçıvanın mədəni həyatında xoş xatirə kimi iz buraxdı. Həmçinin gənclərimiz Avropa İttifaqını təşkil edən ayrı-ayrı dövlətlərin mədəniyyəti və tarixi haqqında yeni məlumatlar qazandılar. Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi isə tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bu, onu göstərdi ki, qədim mədəniyyətə malik olan Naxçıvan bu gün bütün sahələrdə inkişaf edir, həmçinin diyarımız türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumda demişdir: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”. Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu isə gələcəkdə  Naxçıvanı həm də  türk dünyasının tələbə-gənclərini bir araya gətirəcək mərkəzə çevirəcək.

Göstərilən etimad qarşısında əldə edilən uğurlar nəticəsində aktiv və avanqard qüvvə kimi gənclərin muxtar respublikanın həyatında öncül yer tutmaları, yüksək hədəflərə çatmaq üçün yaradılan şəraitdən istifadə bizlər üçün zəngin bazadır. Bu, əbədi  gəncliyin hər zaman arzularla, ideyalarla, yeni firiklərlərlə yaşamasına, parlaq uğurlar qazanacaqlarına əminlik yaradır. Məşhur romanda yazıldığı kimi: “Ey gənclik! Sənin taleyində hansı ulduz parlayır?!”.

Azad CABBAROV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ