şənbə günü, 14 noyabr 2026
     

Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin müzakirəsində çıxış yolu kimi orada Azərbaycan Pedaqoji Universitetinin yaradılması təklif edildi...

Image


Kamran Əsədov: “İlbəil Gürcüstanda Azərbaycandilli məktəblərin sayı azalmaqdadır, kadr çatışmazlığı ilə əlaqədar bu problem 5-6 ildə daha kəskin hiss olunacaq”

 

Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində təhsil alması ilə bağlı mövcud problemlər son 15-20 ildir müzakirə mövzusuna çevrilib. Uzun illərdir problemdən çıxış yolları axtarılır, müxtəlif təkliflər, fikirlər irəli sürülür.

Ekspertlər qeyd edirlər ki, bu gün Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərdəki məktəblərdə təhsil gürcüləşdirilir, Azərbaycan dilində məktəblər sıradan çıxarılır. Heç şübhəsiz ki, bu halın baş verməsinin obyektiv və subyektiv səbəbləri var.

Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri” mövzusunda ictimai müzakirə keçirildi.

Ölkəmizin tanınmış təhsil mütəxəssislərinin və Borçalı kökənli ziyalıların iştirak etdiyi ictimai müzakirədə Gürcüstandakı Azərbaycandilli məktəblərin dirçəldilməsi yolları, eləcə də milli müəllim kadrlarının yetişdirilməsi kimi mühüm məsələlər gündəmə gətirildi.

“Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri” mövzusunda ictimai müzakirəni açan Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirdi ki, Borçalı kökənli ziyalı kimi Gürcüstanda azərbaycanlıların yaşadığı təhsil problemi onu ciddi narahat edir. Gürcüstanda Azərbaycan məktəblərinin sayının azalmasından danışan R.Məmmədov bildirdi ki, bunun səbəbi sosial-siyasi problemlə deyil, sosial-iqtisadi məsələlərlə bağlıdır. Azərbaycanla Gürcüstanın dost ölkə olduğunu vurğulayan R.Məmmədov qeyd etdi ki, Azərbaycandilli məktəblərin dirçəldilməsi, eləcə də yeni müəllim kadrlarının hazırlanması üçün işlər görülməlidir. Bu gün Gürcüstanın ayrı-ayrı ali məktəblərində soydaşlarımızın təhsil aldığını deyən akademikin bildirdiyinə görə, onlar çox yüksək balla həmin universitetlərə daxil olublar və gürcü dilində təhsil alırlar.  

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti Kamran Əsədov isə çıxışında soydaşlarımızın təhsillə bağlı üzləşdiyi problemlərdən danışdı. O qeyd etdi ki, Gürcüstandakı soydaşlarımızın təhsil aldığı milli məktəblərimizin statistikasına baxanda görürük ki, ötən illərlə son dövr arasında böyük fərq var.

Onun sözlərinə görə, 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi olub. 1999-cu ildə 167, 2009-cu ildə 124, 2014-ci ildə 117 olub. Hazırda isə 80 məktəbin fəaliyyət göstərdiyini deyən K.Əsədovun bildirdiyinə görə, Gürcüstandakı milli məktəblərdə çalışan müəllim soydaşlarımızın sayı get-gedə azalır. 1989-cu ildə müəllimlərin sayı 6922 nəfər idisə, onların sayı 1999-cu ildə 4481 nəfər olub. 2009-cu il  3777, indi isə 3628 nəfər azərbaycanlı müəllim orta məktəblərdə dərs deyir. Onun sözlərinə görə, hazırda Gürcüstandakı soydaşlarımıza dərs deyən azərbaycanlı müəllimlərin 80 %-i təqaüdçüdür, onlar pedaqoji fəaliyyətlərini başa vurduqdan sonra onları əvəz edən milli müəllim kadrları yoxdur. Gürcüstandakı Azərbaycan məktəblərində ciddi şəkildə kadr çatışmazlığı olduğunu deyən K.Əsədov problemdən çıxış yollarının axtarıldığını vurğuladı.

O, həmçinin, qeyd etdi ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətləri çox möhkəmdir: “İlk növbədə qeyd edim ki, Azərbaycan və Gürcüstan dostluğu bir çox ölkələr üçün nümunədir. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tiflisdə Azərbaycanın səfirlikləri açılıb. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzulum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Gürcüstanla Azərbaycanın tarixin müxtəlif dövrlərində eyni dövlətlərin tərkibində olması, oxşar talelər yaşaması mədəni dəyərlərdə də ortaq taleyi yaşamasına səbəb olub. Qafqazın ən qədim xalqları olan azərbaycanlılar və gürcülərin bütün tarix boyu həmişə bir yerdə olması, öz etnik xüsusiyyətlərini və milli ənənələrini qoruyub saxlaması münasibətləri daha da möhkəm edib. İki ölkə arasında əlaqələr, qardaşlıq və əməkdaşlıq günü-gündən genişlənməkdədir və bu da ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığında mühüm əhəmiyyət kəsb edir.

SOCAR tərəfindən Gürcüstanda təhsil alan 500 azərbaycanlı tələbəyə təqaüd verilib. Xatırladım ki, Gürcüstanda təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəblərdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıb. Gürcüstanda şəhərdə, ucqar kəndlərdə yaşamasından asılı olmayaraq, 1-ci sinfə gedən bütün şagirdlərə dövlət kompyuter verib. Xüsusi treninq keçmiş gürcü dili müəllimləri orta məktəblərə gürcü dilini təkmilləşdirmək üçün göndərilir. Əlbəttə, bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcülərdən də gözəl bilən gənclərimiz var, imtahanlarda gürcülərdən də yaxşı nəticələr əldə edən soydaşlarımız çoxdur, gürcü dilində danışan gənclərin sayı ilbəil artır”.

2017-2018-ci tədris ilinin sonunda Azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin sayının 15 150 nəfər olduğunu deyən K.Əsədovun sözlərinə görə, Gürcüstanda 350 min soydaşımız yaşadığı halda, onların övladları üçün 80 məktəbin fəaliyyət göstərməsi qənaətbəxş deyil: “Hazırda Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültə yoxdur. Azərbaycan təhsil müəssisələrinə isə borçalılar qəbul oluna bilmirlər. Bunun bir səbəbi fərqli tədris problemi olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkələrin universitetlərinə qəbul imtahanı verməyərək, müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin buradan gedən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilir və qəbul imtahanlarına cəlb edilirlər. Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycandilli məktəblərin yox olmasına gətirib çıxaracaq. Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadrlar meydana çıxmır. Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olunduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək, ən yüksək bal yığsalar belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycan universitetlərində, demək olar ki, təmsil olunmurlar”.

O, həmçinin, vurğladı ki, Gürcüstanın ali məktəblərində onlarla Azərbaycan vətəndaşı təhsil alsa da, Gürcüstandan ölkəmizdə cəmi 14 nəfər ali təhsil alır.

Ekspert qeyd etdi ki, Gürcüstanda ermənilər, abxazlar və digər xalqlar öz ana dillərində orta və ali təhsil aldıqları halda, azərbaycanlılar öz ana dillərində ali təhsil almaqdan məhrumdur. Müsahibimiz bildirdi ki, problemin həlli yalnız Gürcüstanda Azərbaycan Pedaqoji Universitetinin yaradılması ilə mümkün ola bilər. “Azərbaycan məktəblərində kadr probleminin həll edilməsinin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan Pedaqoji Universitetinin əsasının qoyulmasına nail olmaqdır. Əlbəttə, belə bir universitetdə Azərbaycan dilində digər fənləri mənimsəməklə yanaşı, gürcü dilinin öyrədilməsi də nəzərdə tutulmalıdır. Bu isə yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər. Təklif olunan variantlardan biri kimi Gürcüstanda hansısa bir universitetin nəzdində kiçik bir bölüm və departamentin yaradılmasıdır, ancaq bu effektiv nəticə verməyəcək. Digər təklif olunan variantlardan biri tələbələrin Qazax və ya Bakıda təhsil alıb Gürcüstana qayıtmasıdır, hansı ki, bu da lazımi nəticə verməyəcək. Çünki həmin tələbələr 4-6 il Gürcüstandan uzaq olmaqla gürcü dilində bildiklərini də unudacaqlar. Gürcüstanda yaradıla biləcək Azərbaycan Pedaqoji Universitetində isə tələbələr 4 il ərzində ixtisas fənlərini Azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər. Tələbələri Azərbaycana göndərməkdənsə, Azərbaycandakı müəllimləri Gürcüstanda dərs deməyə cəlb etmək daha məqsədəuyğun olardı. İlbəil Gürcüstanda Azərbaycandilli məktəblərin sayı azalmaqdadır, ana dilimiz ölmək üzrədir, kadr çatışmazlığı ilə əlaqədar bu problem 5-6 ildə daha kəskin hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyəcan təbili çalmaq və hərəkətə keçmək lazımdır” - deyə K.Əsədov bildirdi.

İctimai müzakirədə, həmçinin, millət vəkili Fazil Mustafa da çıxış etdi. O bildirdi ki, Gürcüstanda Azərbaycandilli təhsili dirçəltmək üçün tədbirlər görülməlidir. F.Mustafa təklif etdi ki, bir ictimai fond yaradılsın və həmin fond Azərbaycan məktəblərində dərs deyən müəllimlərin ailələrinə maliyyə yardımları etsin.

Ziyalı Asif Bayarmov da çıxışında Gürcüstanda yaşayan soydaşlarımızın təhsil probleminin kritik həddə olduğunu bildirdi. Onun sözlərinə görə, biz indi tədbir görməsək, soydaşlarımızı bir azərbaycanlı kimi itirə bilərik.

“Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri” mövzusunda ictimai müzakirənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

Tədbir iştirakçılarının Prezident İlham Əliyevə etdikləri müraciətdə də yer alan əsas məsələlər gürcüstanlı soydaşlarımızın milli təhsil sistemində pedaqoji kadr çatışmazlığı böhranının həll edilməsi üçün fərqli dil və mədəniyyətlərin daha uğurlu inteqrasiya məkanı olan Tiflis şəhərində Dövlət Pedaqoji Universitetin nəzdində tarixən fəaliyyət göstərən Azərbaycan bölməsinin ilkin olarar bərpa edilməsi, sonrakı mərhələdə adı gedən Azərbaycan bölməsinin pedaqoji və tədris bazası əsasında milli pedaqoji təhsil ocağının yaradılmasının nəzərdən keçirilməsi, gürcüstanlı soydaşlarımızın milli identikliyinin saxlanması və cəmiyyətə inteqrasiya probleminin daha uğurlu həllini təmin edən təhsil modelinin qurulması üçün hər iki ölkənin elm və təhsil mütəxəssislərindən ibarət ortaq işçi qrupunun yaradılması, bu problemin həllinə töhfə vermək üçün hər iki ölkənin vətəndaş cəmiyyəti qurumları səviyyəsində səmərəli əməkdaşlığın optimal mexanizmlərinin müəyyən edilməsi ilə bağlıdır.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ