şənbə günü, 14 noyabr 2026
     

Milli dini kitablar yazılsa...

Image


İsmayıl Əhməd: “Dini kitabları Azərbaycan müəlliflərinin yazması ona görə vacibdir ki...”
Buludxan Xəlilov: “Azərbaycan müəllifləri dini kitabları sırf bizim dövlətçilik maraqlarımıza uyğun yazacaqlar”

 

Dini ədəbiyyat insanların şüuruna təsir göstərən əsas vasitələrdən biridir. Bir sıra hallarda dini ədəbiyyat nümunələri insanların həyatında müsbət deyil, mənfi rol oynayır, dövlətlərin də həmçinin.

Bildiyimiz kimi, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra müxtəlif ölkələrdən bizə dini ədəbiyyat axını baş verməyə başladı. Bu gün dini və qeyri-dini profilli kitab mağazalarında saysız dini ədəbiyyat var ki, onların, demək olar ki, 90 faizdən artığı başqa dillərdən tərcümədir. Yerli alimlərin, bilim adamlarının dini kitablar yazmasına və cəmiyyətimizdə həmin nəşrlərin yayılmasına böyük ehtiyac var. Milli dini kitablar Azərbaycan müəllifləri tərəfindən yazılarsa, bunun effektiv nəticələri daha müsbət olar. Söz yox ki, Azərbaycanın dinşünas alimləri ana dilimizdə kitablar yazırlar, ancaq onların sayı o qədər azdır, heç oxucuların onlardan xəbəri yoxdur. O da məlumdur ki, dini kitablar yazılarkən milli məfkurə, ideologiya, dövlətçilik maraqları da nəzərə alınmalıdır. Bu bizim üçün daha vacibdir. Sirr deyil ki, başqa ölkələrdən gətirilərək tərcümə edilən dini ədəbiyyat çeşidlərinin bir qisminin çox vaxt bizim dövlətçilik prinsipləri, ideologiyası ilə üst-üstə düşmədiyini görürük. Bu da insanları, xüsusən də gəncləri yanlış istiqamətlərə yönəldir. Cəmiyyətimiz üçün çox aktual olan dini ədəbiyyatla bağlı yaşanan problem aidiyyəti dövlət qurumları tərəfindən çözülməkdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuata bildirib ki, milli-dini kitabların azərbaycanlı müəlliflər tərəfindən yazılması vacibdir: “Azərbaycanda çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır. Ona görə də məqsədimiz yerli müəlliflərin sayını artırmaqdır. Xaricdən ölkəyə gətirilən dini ədəbiyyatın sayı azalıb. İndi əsas məqsəd azərbaycanlı müəlliflərin yazdıqları dini ədəbiyyatların sayını artırmaqdır. Bu istiqamətdə xeyli işlər görülüb. Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflərin idisə, bu il həmin rəqəm 23 faizə çatıb. Yenə də bu göstərici bizi qane etmir”.

G.İsmayılovun sözlərinə görə, xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, onların dünyaya baxışını özündə ehtiva edir. O hesab edir ki, bu baxımdan, dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır.

Dinşünas İsmayıl Əhməd bizimlə söhbətində bildirdi ki, Azərbaycan müəlliflərinin dini kitab yazması çox vacibdir. O, həmçinin, qeyd etdi ki, bu nəşrlər cəmiyyətin sağlam maariflənməsinə səbəb olacaq. “İslam ümumbəşəri dindir. Din Allahın qanunudur. Milli adət-ənənələr dinə təsir göstərib dəyişə bilməz. Nə din milliləşə bilər, nə də adət-ənənə dinləşə bilər. Yox, əgər milli dəyərlərin güclənməsi istiqamətində dindən məqsədyönlü istifadə ediləcəksə, bu təqdirəlayiqdir. Eyni zamanda, milli vətənpərvərlik dinlə təbliğ olunacaqsa, bu da müsbət hal olardı. Dini kitabları Azərbaycan müəlliflərinin yazması ona görə vacibdir ki, radikal şiələrin, nurçuların, eləcə də digər belə izimlərin təsirindən uzaq olaq” - deyə İ.Əhməd bildirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov da hesab edir ki, Azərbaycanda milli dini kitabların yazılması zəruridir. B.Xəlilov hesab edir ki, bu gün ölkəmizdə kifayət qədər güclü elm adamları var ki, onlar başqa dövlətlərin təsirinə düşmədən Azərbaycan dövlətinin maraqlarını təmin etməklə dini ədəbiyyat nümunələri yarada bilər. Azərbaycana zərərli dini kitabların zamanla axın etdiyini və o kitabların qüsurlu tərcümələrlə cəmiyyətə təqdim edildiyini qeyd edən B.Xəlilovun fikrincə, artıq Azərbaycan dövləti milli dini kitablar hazırlamalıdır ki, bu da bizim həyat tərzimizi, dini görüşümüzü, mənəvi mühitimizi, dini mənzərəmizi tam əhatə edə bilsin. Bunun Azərbaycan cəmiyyətini yad radikal təriqətlərin təsirindən qurtarmağa xidmət edəcəyini vurğulayan B.Xəlilovun sözlərinə görə, ümumiyyətlə, həm xaricdən gətirilən dini ədəbiyyat nümunələri, həm də yerli müəlliflərin yazdığı əsərlər dövlətçilik və milli maraqla uzlaşmalıdır: “Hər bir xalqın təməlində dayanan atributlar var. Onun içində ən vaciblərindən biri xalqın dilidir, dinidir, ədəbiyyatıdır. Bunlar hamısı Vətənin bütövlüyü, sabitliyi, gələcəyi üçündür. Bu təməl içində din çox vacib məfhumdur. Əcdadlarımızdan indiyə qədər dinin həyatımızda oynadığı rolu görürük və din də insanları dil, Vətən qədər birləşdirir. Ona görə də hər bir dövlətin siyasətində, ideologiyasında, inkişafında dinin aparıcı rol oynadığını nəzərə almaq lazımdır. Bu gün görürük ki, dünya dini dəyərlərə qiymət verməklə siyasətini qurur, yaşayır. Heç də dinin özü bu siyasətin qurulmasında, yaşamasında az rol oynamır. Bu baxımdan, Azərbaycanda da dini dəyərlərə qiymət verildiyini nəzərə almalıyıq. Bu gün dünyada təkcə iqtisadi, mədəni rəqabət getmir, həm də dinlər arasında rəqabət prosesi gedir. Dini dəyərlərin özünün də bir savaşı var, bu savaşda təbii ki, biz islami dəyərlərə söykənən, müsəlman xalqı olaraq öz dini dəyərlərimizi qoruyub saxlamalıyıq. Ancaq bu dini dəyərlər də milli dövlətçilik ideologiyası ilə uzlaşmalıdır. Bilirsiniz, hər bir din yarandıqdan sonra dünya, siyasət, dövlətlərin tarixi, sərhədləri dəyişib. Etiraf edək ki, yeri gələndə dinin özü də milli maraqlara, ideologiyaya uyğun qurulmalıdır. Bu mənada bizim dini dəyərlərimizin özü də azərbaycançılıq ideologiyasına uyğun olmalı, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Sovetlər Birliyində yaşayarkən dini kitabları rus dilindən tərcüməsini oxuya bilirdik. Ancaq indi dini kitablar birbaşa Azərbaycan dilinə tərcümə edilir. Xaricdən gətirilən əsərlərdə ideologiyamıza, dövlətçiliyimizə, milli dəyərlərimizə ziyan gətirən məsələlər varsa, ya onlar ciddi redaktə olunub çap edilməlidir, ya da ki, ümumiyyətlə tərcümə edilməməlidir. Bu gün aktuallaşan məsələ dini ədəbiyyat nümunələrinin yaradılmasında Azərbaycan müəlliflərinin sayının artırılması ilə bağlıdır. Bu olduqca müsbət bir işdir. Azərbaycan müəllifləri dini kitabları sırf bizim dövlətçilik maraqlarımıza uyğun yazacaqlar. Bilirsiniz ki, ölkəyə gətirilən dini ədəbiyyat çeşidləri arasında bizim dövlətçiliyimizə, milli məfkurəmizə, cəmiyyətimizdəki məzhəblərarası münasibətlərə mənfi təsir göstərən nəşrlər də yox deyil. Dövlətin aidiyyəti qurumları bu kimi hallara qarşı ciddi mübarizə aparır. İslami dəyərlərlə bağlı kitabların bizim müəlliflər tərəfindən yazılması, Qurani-Kərimin təfsirinin yerli alimlər tərəfindən verilməsi çox vacibdir. Bu çox yaxşı olardı ki, insanlar islam dininin mahiyyətini dərindən anlayardılar. Hesab edirəm ki, bu həm də ciddi bir maarifçilik işi olardı. Hətta xristianlıqla, buddizmlə, şamançılıqla və digər dinlərlə də bağlı azərbaycanlı müəlliflərin yazması vacibdir”.

Ölkəmizə gətirilən dini kitabların da dövlətçilik və milli ideologiyamıza xidmət etməli olduğunu deyən B.Xəlilovun sözlərinə görə, biz cəmiyyət olaraq bütün dini axınlara qucaq açmalı deyilik. Bu gün dünyada dini və təriqətlərarası ayrıseçkiliklə bağlı böyük problemlər olduğunu qeyd edən professor onu da dedi ki, Azərbaycanda belə bir problem mövcud deyil. Milli dini kitabların yazılmasına cəmiyyətdə tələbat olduğunu, dinimizə gənclərin böyük maraq göstərdiyini deyən B.Xəlilov, həmçinin, hesab edir ki, yas mərasimlərində Qurani Kərimdən ayələr oxunarkən həmin ayələrin təfsiri, izahı Azərbaycan dilində də verilməlidir. Onun sözlərinə görə, çox zaman molla özü ərəb dilini bilmədiyi üçün ayələri tələb olunan səviyyədə tələffüz edə bilmir, bu da camaatın ona qulaq asmamasına səbəb olur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ