Azərbaycanda artıq milli dini ədəbiyyatı formalaşdıra biləcək güc var. “Trend”in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, bu il dini ədəbiyyatın ekspertizası zamanı yeni prioritet də nəzərə alınır: "Bəzi ədəbiyyatlar Azərbaycana lazımdırmı?! Bir-birini təkrarlayan ədəbiyyat həddindən artıq çoxdur. Bu, insanların daha geniş məlumat almasını çərçivəyə salır. Adı belə öz ölkəsində tanınmayanların kitabları tərcümə edilir, amma artıq özümüzün dini ədəbiyyat yaza biləcək kifayət qədər müəllifimiz var. Təbii ki, tərcümə ədəbiyyatının əleyhinə deyilik, klassik ədəbiyyat tərcümə olunmalıdır, amma XXI əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik".
Ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrıseçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. “Trend”in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb: "Ölkədə ötən il nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. Bu ilin yanvar-iyun ayları ərzində nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılıb, onlardan 22-nin çapı məqsədəuyğun sayılmayıb. Ötən il 613 adda (754.561ədəd ), bu ilin yanvar-iyun aylarında 171 adda (253.010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib".
N.Məmmədov bildirib ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri ilə müqayisədə indi ölkədə dini ədəbiyyatın nəşri sahəsi daha yaxşı tənzimlənən bir sahə olub: "Həmin dövrdə bu sahə bərbad vəziyyətdə idi. Kim harada istəyirdisə, kitab nəşr edib, onu satırdı".
Onun sözlərinə görə, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır.