şənbə günü, 14 noyabr 2026
     

“Azərbaycan dili” dərsliklərinə iradlar hələ davam edir - vulqar sözlər, uşaqları dərsdən yayındıran mətnlər və sair…

Image


Kamran Əsədov: “Məqsəd və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz”
Rafiq İsmayılov: “7 ildir bu şeir dərsliyə salınır, ancaq bilmirəm nə baş verdi ki, o şeirin ətrafında indi belə ajiotaj yaradılıb”

 

Dövlətimiz üçün dərslik siyasəti prioritetdir. Dövlət təhsilin inkişafına, kurikulum prormını əhatə edən yeni dərsliklərin yazılmasına külli miqdarda vəsait xərcləyir. Deyərdik ki, bəlkə də qonşu respublikaların heç birində Azərbaycan dövləti qədər dəsrlikləri diqqətdə saxlayan ikinci bir dövlət yoxdur.

Ölkəmizdə bütün dərs vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər dövlətin ayırdığı maliyyə vəsaiti hesabına çap olunur. İlbəil orta ümumtəhsil məktəblərində dərsliklərin səviyyəsinin yüksəldilməsi ilə bağlı işlər görülür. Buna baxmayaraq, hələ də dərsliklərdə müəyyən neqativliklərə rast gəlinir. Bu da, sözsüz ki, həm valideynlər, həm də mütəxəssislər tərəfindən ciddi tənqid edilir. Son günlər mətbuatın gündəmində yer alan dərsliklərlə bağlı iki mühüm problem diqqət çəkməkdədir. 

Bu gün ən çox müzakirə və tənqid predmetinə çevrilən III sinif “Azərbaycan dili” dərsliyində rus şairi Sergey Mixalkovun Gülşən Orucovanın tərcüməsində yer alan “Otuz altı altı” şeiridir ki, iddialara görə, bu çoxbəndlik şeir ibtidai sinif şagirdlərinin dərsdən soyumasına, dərslərə marağının azalmasına, habelə onlarda tənbəllik simptomlarının yaranmasına səbəb olur.

“Otuz altı altı” şeirindəki bir neçə bəndə diqqət yetirək:

Ay uşaqlar, işlərim
Yaman düşübdür tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə.

Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.

Təlaşla, həyəcanla
Termometrə baxıram.
Hanı mənim qızdırmam?
Niyə azarlamıram?

Digər problem isə VIII sinif  “Azərbaycan dili” dərsliyində aşkarlanıb. Belə ki, sözügedən dərslikdə vulqar ifadələrdən geniş şəkildə istifadə edilən mətn yerləşdirilib. 8-ci sinif dərsliyində yer alan və vulqar ifadələrlə zəngin olan dialoqu da nəzərinizə çatdırırıq:

Həsən və Mehdi söhbət edir:

- Alə, axşam gedey gezmeyə?

- Hara brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.

- Alə, dibilsən, camaatnan nə işimiz var. Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu… Lap adamı təkərə salırlar eyy.

- Karoçi, gedirsən, getmirsən?

- Yox da, qırıl, dedim, dərsə gedirəm.

Bu mətn övladı VIII sinifdə təhsil alan valideynləri ciddi narahat edir. Onlar deyirlər ki, övladları dərslikdə yer alan dialoqdakı sözlərdən gündəlik həyatında da istifadə etməyə başlayıblar. Valideynlər dialoqdakı “Brat”, “nadayet eləmə”, “təkərə salma məni” və başqa ifadələrin övladlarının dilinə düşməsindən narahatlıq keçirirlər.

Orta ümumtəhsil məktəbləri dərsliklərində yer alan bu kimi mətnlərin şagirdlərin psixikasına, davranışlarına mənfi təsir göstərdiyini deyən mütəxəssislər hesab edirlər ki, bu kimi ifadələrin, mətnlərin dəsrliklərə salınması yolverilməzdir.

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, bütün hallarda, jarqon və vulqar sözlərin dərsliklərə salınması yaxı hal deyil: “İlk növbədə qeyd edim ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olan hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar, demək olar ki, bakalavr, magistr pilləsində keçilən eyni mövzuları mənimsəyiblər.

Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər...

Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır”.

Mütəxəssisin sözlərinə görə, etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. O qeyd etdi ki, dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi: “Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiniz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Məqsəd və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz. Bu, şagirdlərə çox pis nümunə ola bilər”.

III sinif “Azərbaycan dili” dərsliyinin həmmüəllifi Rafiq İsmayılov isə hesab edir ki, sözügedən dərslikdə yer alan “Otuz altı altı” şeiri şagirdlərə heç bir mənfi təsir edə bilməz. O hesab edir ki, bu şeirdə tənbəl şagird, onun dərsə münasibəti, eləcə də dərsdən yayınmaq istəyi ciddi tənqid edilib. Onun sözlərinə görə, şeir əzbərləndikdən sonra şeir üzərində müzakirələr zamanı şagirdlər şeirin qəhrəmanına bənzəmək istəmirlər, əksinə, onun tənbəlliyini tənqid edirlər. “Müasir dərsliklərdə yalnız Sovet dövründəki kimi həmişə bütün naqisliklərdən xali pioner obrazı vermək olmaz. Burada həm də elə obrazlar verilməlidir ki, sonradan həmin xarakterlə bağlı şagirdlərlə söhbətlər aparılsın. Bu obrazlar ona görə verilir ki, uşaqlar pisi yaxşıdan ayıra bilsinlər və s. Birincisi, əsərlərdə bir dəfə müsbət qəhrəman veriləndə, bir dəfə də mənfi qəhrəman verilir. Digər tərəfdən də “Otuz altı altı”da elə bir mənfilik də yoxdur. Yəqin ki, xatırlayırsınız, hamımız uşaqlıqda dərsdən yayınmaq üçün özümüzü xəstəliyə vurmuşuq. Belə şeylər uşaqlara daha doğma, daha yaxın olur. Biz sual qoyuruq ki, sizcə şagird düz edir, yoxsa yox? Buna görə də vəsaitdə müəllimə tövsiyələr veririk ki, söhbət elə aparılmalıdır ki, şagird əsərin qəhrəmanının hərəkətlərinə öz münasibətini bildirsin. Ona görə də  əsərin qəhrəmanı mənfidirsə, bu o demək deyil ki, ya əsərin müəllifi, ya da dərslik müəllifi bunu təbliğ edir. Şeirin ruhundan görünür ki, burada uşağın xarakterindəki mənfi çalarlar, hərəkətindəki xoşagəlməzliklər tənqid olunur. Bu şeir uşaqların diqqətinə onu çatdırır ki, belə hərəkət etmək düzgün deyil, bu mənfidir. Ümumiyyətlə, didaktik ədəbiyyatda belə bir şey var. Hətta Sədi Şirazinin belə fikri var ki, mən ədəbi ədəbsizdən öyrəndim. Dərsliklərdə daim müsbət obrazlar vermək düzgün deyil”.

R.İsmayılov onu da qeyd etdi ki, “Otuz altı altı” şeiri artıq 7-ci ildir orta ümumtəhsil məktəblərinin III sinif “Azərbaycan dili” dərsliyinə salınır, ancaq builki tədris ilinə qədər bu şeirə görə hər hansı bir tənqidi fikir eşitməyib. “Yeni tədris proqramına uyğun olaraq hazırlanan dərsliklərdə bu şeir 7 ildir uşaqlara öyrədilir. Ancaq son zamanlara qədər bu şeir haqqında mənfi fikir eşitməmişdim. Ekspertlər başqa mətnlərlə bağlı iradlar bildirirdilər, biz o mətnlərə düzəlişlər eşmişik. Ancaq “Otuz altı altı” şeiri haqqında iradlar səsləndirilməmişdi. 7 ildir bu şeir dərsliyə salınır, ancaq bilmirəm nə baş verdi ki, o şeirin ətrafında indi belə ajiotaj yaradılıb. Bu şeirdə uşaqları dərsdən yayındıracaq heç bir şey yoxdur”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ